Honkonqda etirazçılar hökumət binasına "Molotov kokteyl"ləri atıblar

Digər ölkələr
  • 28 sentyabr, 2019
  • 15:58
Honkonqda etirazçılar hökumət binasına Molotov kokteylləri atıblar

Honkonqda küçə etirazlarında iştirak edən nümayişçilər hökumət binası kompleksinə "Molotov kokteyl"ləri atıblar.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları "Twitter"-də bildirib.

"Radikal etirazçılar ərazidəki polis əməkdaşları da daxil olmaqla, hamıya təhlükə yaradaraq, hökumət binası kompleksinə "Molotov kokteyl"ləri atıblar", - deyə açıqlamada bildirilir.

RTHK teleradio şirkəti isə qeyd edib ki, "çətirlərin inqilabı"na həsr edilmiş aksiyada 300 min insan iştirak edib. 

44 filmi