Yuxarı
    Bağlamaq

    Honkonqda cinayətkar qrupların 150-dən çox üzvü həbs edilib

    Onların 86 nəfəri kişi, 69-u isə qadındır

    Bakı. 29 avqust. REPORT.AZ/ Honkonq polisi reyd zamanı Çinin bu xüsusi inzibati rayonunun cinayətkar qruplaşmalarının 150-dən çox üzvünü həbs edib.

    "Report" xəbər verir ki, bu barədə yerli RTHK radiostansiyası məlumat yayıb.

    Qeyd olunur ki, polisin bazar günü reydinə 3 qeyri-qanuni bar, 6 əxlaqsızlıq yuvası və qeyri-qanuni fəaliyyət göstərən 4 maconq oyunları salonu məruz qalıb.

    Polisin məlumatına görə, reyd zamanı 15-dən 68-dək yaş aralığında olan 86 kişi və 69 qadın saxlanılıb. İlkin ehtimala görə, onların hamısı yerli kriminal dairələrin üzvləridirlər, qanunsuz olaraq silah gəzdirirlər və narkotik alverində əlləri var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi