Yuxarı
    Bağlamaq

    Honkonq təyyarəsi Çin hava limanına qəza enişi edib

    Cathay Pacific aviaşirkətindən məcburi eniş faktını təsdiqləyiblər

    Bakı. 23 aprel. REPORT.AZ/ Honkonqun "Cathay Pacific" aviaşirkətinə məxsus təyyarə Çinin Çuntsin şəhərində qəza enişi edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, göyərtəsində 248 sərnişin daşıyan "Boeing-777" təyyarəsi Honkonq-London marşrutu üzrə aviareys yerinə yetirirmiş. Çinin cənub-qərbindən uçarkən mühərriklərdən birində yağın təzyiqinin aşağı düşdüyü aşkarlanıb. Dərhal pilotlar uçuşun həyata keçirildiyi aeroporta qayıtmağı qərara alıb.

    "Amma bir neçə dəqiqə sonra hava gəmisinin komandiri problemin ciddi olduğunu və geri qayıda bilməyəcəklərini açıqladı. Nəticədə Çuntsində enməli olduq", - deyə sərnişinlərdən biri bildirib. Onun sözlərinə görə, təyyarə hava limanı üzərində 20-30 dəqiqə dövr edərək yanacağını boşaldıb, uçuş-eniş zolağında isə yanğınsöndürən və təcili tibbi yardım maşınları gözləyib.

    "Cathay Pacific" aviaşirkətindən məcburi eniş faktını təsdiqləyiblər və heç kimin xəsarət almadığını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi