Honduras məhkəməsi keçmiş prezidentin həbsinə order verib
- 16 fevral, 2022
- 02:12
Honduras Ali Məhkəməsinin üzvləri tərəfindən təyin edilən hakim keçmiş prezident Xuan Orlando Hernandesin həbsinə order verib.
“Report” xəbər verir ki, bu barədə “La Tribuna” qəzeti məlumat yayıb.
Bu həftənin əvvəlində Mərkəzi Amerika Respublikasının hakimiyyəti yanvarın sonunda səlahiyyət müddəti başa çatan siyasətçinin ekstradisiyası üçün ABŞ-dan sorğu alıb. O, narkotik qaçaqmalçılığında ittiham olunur.
ABŞ hesab edir ki, siyasətçi Amerika ərazisinə xeyli miqdarda kokainin daşınmasında iştirak edib.
Hernandes məhkəmədə könüllü iştirak etməyə və təqsirsizliyini müdafiə etməyə hazır olduğunu açıqlayıb. Qanuna əsasən, keçmiş dövlət başçısının ekstradisiyası ilə bağlı qərarın qəbulu üçün üç ay vaxt verilir.
2021-ci il martın sonunda ABŞ məhkəməsi Hondurasın keçmiş prezidentinin qardaşı Xuan Antonio Hernandesi narkotik ticarətində iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.