"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bundan əlavə, baş verən hadisə ilə bağlı bütün ölkə ərazisində toyuq əti, yumurtası və peyininin daşınmasına, həmçinin quş ovuna 72 saatlıq qadağa tətbiq edilib.
Quş qripinin qeydə alındığı ferma ilə 10 km məsafədə yerləşən 16 quşçuluq ferması üçün isə məhdudiyyət 30 günədək uzadılıb.