Hollandiyada polis küçədə partlayıcı qurğu aşkar edib

Digər ölkələr
  • 01 aprel, 2019
  • 08:40
Hollandiyada polis küçədə partlayıcı qurğu aşkar edib

Hollandiyanın Utrext şəhər polisi Vlampijpstraat küçəsində partlayıcı maddə tapıldığını elan edib.

Bu barədə "Report" şəhərin hüquq-mühafizə orqanlarının "Twitter" səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, partlayıcı qurğu təhlükəsiz yerə aparılıb. Polis hadisəni araşdırmağa başlayıb.

Qeyd edək ki, martın 18-də Utrext şəhərində türkiyəli şəxsin tramvayda atəş aşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.