Londonun Hitrou Beynəlxalq Hava Limanından ötən ildə 19,4 milyon sərnişin istifadə edib ki, bu da 1972-ci ildən bu yana ən aşağı rəqəmdir.
“Report” xəbər verir ki, hava limanının Mətbuat Xidmətinin məlumatına görə, 2020-ci ilə nisbətən sərnişin sayı 12,3 faiz azalıb. Böyük Britaniyanın ən iri hava limanındakı bu durğunluğun pandemiya ilə bağlı ölkəyə girişə tətbiq edilən məhdudiyyətlə əlaqəli olduğu bildirilir.
Hitrou Hava Limanının Baş icraçı direktoru Con Holland-Kay bu il 45 milyonadək sərnişin gözlədiklərini, halbuki yanvar-fevral aylarında sərnişin sayının güman etdiklərinə nisbətən 23 faiz az olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Hitrou hazırda Avropanın ən işlək hava limanları arasında 10-cu yerə geriləyıb.