Hindistanın şimalında iki zəlzələ qeydə alınıb

Hindistanın şimalında iki zəlzələ qeydə alınıb 4,6 maqnituda gücə qədər olan yeraltı təkanlar Himaçal Pradeş ştatında baş verib
Digər ölkələr
27 Avqust , 2016 10:24
Hindistanın şimalında iki zəlzələ qeydə alınıb

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Hindistanın şimalındakı Himaçal Pradeş ştatında 4,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı Kulu vadisində 10 km dərinlikdə olub.

İlk təkan 4,6 maqnituda gücündə, bundan 20 dəqiqə sonra yaşanmış ikincisi təkan isə 4,3 bal gücündə olub.

Hələlik ölən və yaralanan, dəymiş zərər barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi