Hindistanda zavodda partlayış nəticəsində 6 nəfər ölüb

Hindistanda zavodda partlayış nəticəsində 6 nəfər ölüb Bakı. 4 yanvar. REPORT.AZ/ Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən ventilyator pəri istehsal edən zavodda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Digər ölkələr
4 Yanvar , 2019 00:24
Hindistanda zavodda partlayış nəticəsində 6 nəfər ölüb

Bakı. 4 yanvar. REPORT.AZ/ Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən ventilyator pəri istehsal edən zavodda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə xilasetmə xidməti əməkdaşlarına istinadən "Times of India" qəzeti yazıb.

Nəşrin məlumatına görə, xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır. Dağıntılar altında 8 nəfərə qədər şəxsin qalma ehtimalı var.

Polisin məlumtına görə, qəzaya nasaz qaz təzyiqli kompressorun partlaması səbəb olub, ardınca binada yanğın baş verib.

Əraziyə yanğınsöndürən və xilasedicilər cəlb edilib. Polis hadisənin araşdırılması ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi