Hindistanda zavodda partlayış baş verib, 18 nəfər ölüb

Hindistanda zavodda partlayış baş verib, 18 nəfər ölüb Partlayış nəticəsində bina dağılıb, işçilər dağıntıların altında qalıb
Digər ölkələr
1 Dekabr , 2016 21:39
Hindistanda zavodda partlayış baş verib, 18 nəfər ölüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Hindistanın cənubunda partlayıcı maddə istehsalı zavodunda baş verən partlayış nəticəsində 18 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident Tamilnadu ştatında qeydə alınıb.

Partlayış nəticəsində bina dağılıb, işçilər dağıntıların altında qalıb. Xilasedicilər 6 nəfərin cəsədini çıxara biliblər.

Partlayış o qədər güclü olub ki, beton bloklar hadisə yerindən 50 metr kənara düşüb, yaxınlıqdakı evlərin şüşələri qırılıb.

Son xəbərlər

Orphus sistemi