Yuxarı
    Bağlamaq

    Hindistanda vertolyot qəzaya uğrayıb: ölən və yaralananlar var

    Vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb© Courtesy İmage

    Bakı. 11 iyun. REPORT.AZ/ Hindistanda vertolyot qəzaya uğrayıb.

    "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.

    Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub, lakin onlar xəsarət almayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi