Hindistanda "Titli" siklonu qurbanlarının sayı 61 nəfərə çatıb

Digər ölkələr
  • 21 oktyabr, 2018
  • 03:27
Hindistanda Titli siklonu qurbanlarının sayı 61 nəfərə çatıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda "Titli"siklonu qurbanlarının sayı artıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumatyayıb.

Məlumata görə, Odişa vilayətində 10 gün bundan əvvəl tüğyanedən siklon zamanı itkin düşən daha 4 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin61 nəfərə çatıb.

Qeyd edilir ki, təbii hadisə Odişa vilayətində 57 min evindağılmasına səbəb olub. Siklondan ən çox Hajapati, Nayaqarh, Cuttak, Keoncar vəAngul bölgələri zərər çəkib.

Xatırladaq ki, daha çox insan tələfatına Hajapati dairəsindərast gəlinir. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması,suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 57 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.

44 - Tezliklə