Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, ölənlər arasında təyyarənin şəxsi heyəti də var. Hadisə zamanı 140-dan çox sərnişin xəsarət alıb.
Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində 17 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, xilasetmə əməliyyatı başa çatıb, zərərçəkənlərin hamısı təyyarədən çıxarılıb. “News 18” telekanalı hadisə zamanı 123 nəfərin xəsarət aldığını bildirib.
“Flightradar24” portalının məlumatına görə, sərt eniş edən “Boeing-737” təyyarəsi Dubaydan Kojikodeyə uçurmuş. “Airfleets” portalı isə bildirib ki, təyyarə 13 ildir istismardadır.