Hindistanda qum fırtınasında 18 nəfər ölüb
Digər ölkələr
- 07 iyun, 2019
- 08:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın Uttar-Pradeş ştatının qərb hissəsində tüğyan edən güclü qum fırtınası zamanı azı 18 nəfər ölüb və azı 20 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə xidmətləri məlumat verib.
Məlumata görə, ölümlərin əksəriyyəti şimşək çaxması və güclü küləyə görə ağacların kökündən qoparaq düşməsi nəticəsində olub. Əlverişsiz hava şəraiti səbəbilə ştatın bu hissəsində evlərin bir hissəsi elektrik enerjisisiz qalıb, hazırda bölgədə bərpa işləri aparılır.
Amma Hindistan Meteorologiya Departamentindən bildiriblər ki, Uttar-Pradeşdə şimşəklə müşayiət olunan güclü qum fırtınaları hələ azı üç gün davam edəcək.
Son xəbərlər
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol