Bakı. 3 may. REPORT.AZ/ Hindistanın şimalında leysan yağışları və şimşək çaxmaları ilə müşayiət olunan qum fırtınası nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb.
Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.
Xəsarət alanların ümumi sayı isə 130 nəfərdir.
***12:55
Dünən gecə Hindistanın şimalında yerləşən bir neçə ştatda tüğyan edən qum fırtınası zamanı 70-dən çox adam ölüb, onlarla adam xəsarət alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli telekanallar fırtınanın Uttar Pradeş və Racastan ştatlarında tüğyan etdiyini, yağan leysan yağışlarının isə bir neçə evin çökməsinə səbəb olduğunu bildirib.
Güclü külək ağacları kökündən çıxarıb, elektrik dirəklərini aşırıb. Bu səbəbdən də bəzi bölgələrdə elektrik enerjisi təchizatında problemlər yaşanıb.