Hindistanda qayığın batması nəticəsində 14 nəfər ölüb

Hindistanda qayığın batması nəticəsində 14 nəfər ölüb Göyərtədə neçə nəfərin olduğu məlum deyil
Digər ölkələr
12 Noyabr , 2017 19:22
Hindistanda qayığın batması nəticəsində 14 nəfər ölüb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bazar günü Hindistanın Andxra-Pradeş ştatından keçən çayda qayığın qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Xinhua" agentliyi məlumat yayıb.

Qəzanın səbəbləri və qayığın göyərtəsində dəqiq neçə nəfərin olduğu barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi