Yuxarı
    Bağlamaq

    Hindistanda qatarla avtomobilin toqquşması nəticəsində 13 nəfər ölüb

    Məbəd ziyarətindən qayıdan bir ailəni daşıyan minik avtomobili dəmir yolunun üstündə ilişib

    Bakı. 8 dekabr. REPORT.AZ/ Hindistanın şərqindəki Carkhand ştatında qatarla avtomobilin toqquşması nəticəsində 13 nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat verib.

    Faciə ştatın paytaxtı Rançidən 70 km aralıda baş verib. Məbədi ziyarətdən sonra evə doğru qayıdan bir ailəni daşıyan minik avtomobili düz dəmir yolu xəttinin üstündə "ilişib" qalıb. İlkin ehtimallara görə, avtomobilin təkəri relslə boşluq arasına düşüb və maşın hərəkət edə bilməyib.

    Gələn qatarın səsini eşidən ailə üzvləri avtomobildən çıxmağa cəhd etsə də, bunu bacarmayıb. Qatar tam sürətlə avtomobilə çırpılıb və maşını 100 metr sürüyüb. Avtomobildə olanların hamısı dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi