Hindistanda "MiQ-21" qırıcı təyyarəsi qəzaya uğrayıb

Digər ölkələr
  • 25 sentyabr, 2019
  • 06:42
Hindistanda MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də səhər saatlarında ölkənin Qvalior aviabazasından uçuş zamanı baş verib.

Rusiya istehsalı olan qırıcıdakı hər iki pilot katapult edib və sağ qalıb.

Qəzanın səbəbi araşdırılır.