Hindistanda koronavirusa yoluxmasından şübhələnən kişi intihar etdi

Hindistanda koronavirusa yoluxmasından şübhələnən kişi intihar etdi Hindistanda 50 yaşlı Bala Krişna koronavirusa yoluxduğunu zənn edərək intihar edib.
Digər ölkələr
13 Fevral , 2020 14:57
Hindistanda koronavirusa yoluxmasından şübhələnən kişi intihar etdi
Deutsche Welle

Hindistanda 50 yaşlı Bala Krişna koronavirusa yoluxduğunu zənn edərək intihar edib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə Anhra Pradeş ştatında baş verib. Daim koronavirusun yayılması ilə bağlı xəbərləri izləyən kişi soyuqdəymə əlamətlərini hiss edərək koronavirusa yoluxduğunu düşünüb. Həkimlər kişini müayinə edib bunun koronavirus olmadığına söyləsə də, o, həkimlərin dediklərinə inanmayıb. Evə qayıtdıqdan sonra kişi xəstəliyi barədə ailə üzvlərinə xəbərdarlıq edib. Ona yaxınlaşmağa çalışanlara isə daş atıb. Adından ailə üzvlərini evdə bağlı qapı arxasında saxlayan Krişna qəbiristanlığa gedib və anasının məzarı üstündə intihar edib.

Mərhumun oğlu atasının psixi sağlamlığı ilə bağlı narahat olduğunu, dövlətin qaynar xəttinə zəng etdiyini bildirib: “Amma mənə narahat olası bir şey olmadığını bildirdilər. Kimsə vaxtında reaksiya versəydi, atam sağ olardı”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi