Hindistanda hərbi vertolyot qəzaya uğrayıb - VİDEO

Hindistanda hərbi vertolyot qəzaya uğrayıb - VİDEO Bakı. 8 mart. REPORT.AZ/ Hindistanda MiQ-21 hərbi vertolyotu qəzaya uğrayıb.
Digər ölkələr
8 Mart , 2019 19:34
Hindistanda hərbi vertolyot qəzaya uğrayıb - VİDEO

Bakı. 8 mart. REPORT.AZ/ Hindistanda "MiQ-21" hərbi vertolyotu qəzaya uğrayıb.

Bu barədə "Report" "Mantavya News"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Bikaner şəhəri yaxınlığında baş verib. Hərbi vertolyot səmaya qalxdıqdan sonra yerə düşüb. 

Qeyd edilir ki, pilot vertolyotun yerə düşməsindən əvvəl katapulta (qəza zamanı heyət üzvünü hava tullamaq üçün mexanizm-red) vasitəsilə xilas olub. Hazırda qəza ilə bağlı araşdırma aparılır. 

Daha əvvəl Pakistan Kəşmir üzərində vurduğu Hindistana məxsus “MİQ-29” qırıcı təyyarəsinin əsir pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

Son xəbərlər

Orphus sistemi