Hindistanda etirazlar zamanı 139 nəfər saxlanılıb

Digər ölkələr
  • 24 dekabr, 2019
  • 04:03
Hindistanda etirazlar zamanı 139 nəfər saxlanılıb

Hindistanda "Vətəndaşlıq haqqında" qanunun yeni redaksiyasının qəbuluna qarşı növbəti etirazlar zamanı azı 139 insan nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of India" qəzeti bildirib.

Qeyd edilir ki, Nyu-Dehlidə saxlanılanlar arasında 79 qadın var. Onların əksəriyyəti bir neçə saat sonra sərbəst buraxılıb.

Tələbə təşkilatları polisləri qəddarlıqda və əsassız saxlanılmalarda ittiham edib. Polis isə öz növbəsində bildirib ki, tələbələr paytaxtın mərkəzində hakimiyyət tərəfindən qəbul edilmiş kütləvi tədbirlər və nümayişlər haqqında qadağa rejimini pozub.

"Polis demokratik etirazı dayandırmaq üçün tələbəyə oxşayan hər kəsi saxlayır və bölməyə sürüyür", - deyə Ümumhindistan Tələbə Assosiasiyasının başçısı Sai Balaci mətbuata bildirib. Assosiasiya rəsmi qaydada polisin hərəkətlərinə etiraz etmək niyyətindədir.

44 - Tezliklə