Hindistanda davamlı leysanlar səbəbindən 22 mindən çox insan zərər çəkib
Digər ölkələr
- 29 iyun, 2026
- 14:30
Hindistanda günlərlə davam edən leysan yağışları nəticəsində 22 mindən çox insan zərər çəkib.
"Report" "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Assam ştatının Təbii Fəlakətlərlə Mübarizə İdarəsi (ASDMA) məlumat yayıb.
"Ümumilikdə Dhemaci, Nalbari, Dibruqarx, Çiranq, Lakximpur və Kokracxar dairələrində daşqınlardan 22 124 nəfər zərər çəkib. Dhemaci - suyun səviyyəsinin qalxmasından 15 483 nəfərin zərər çəkdiyi ən çox zərər görən rayondur. Sel suları 96 kəndi basıb və təxminən 1 690 hektar kənd təsərrüfatı ərazisinə ziyan vurub", - qurumdan bildirilib.
Bildirilib ki, torpaq sürüşməsi nəticəsində evlərə və yollara ziyan dəyib, həmçinin 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün əhəmiyyətli hissəsi dağılıb.
Son xəbərlər
11:07
MM gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulmağını təsdiqləyib
Milli Məclis11:05
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu sabit saxlayıb
Maliyyə11:02
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb
Maliyyə11:01
Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var
Milli Məclis10:39
Foto
KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb
Biznes10:37
Moskvada yol qəzası olub, xəsarət alanların sayı 25-ə çatıb
Region10:28
Foto
ASCO Asiya İnkişaf Bankı ilə müasir donanmanın formalaşdırılmasını müzakirə edib
Maliyyə10:21
Çində "Bavi" qasırğası ilə əlaqədar yenidən narıncı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr10:16
Foto