Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşıb
Digər ölkələr
- 16 avqust, 2018
- 16:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 avqust. REPORT.AZ/ Avqustun 8-dən 16-dək olan dövrdə Hindistanın Kerala ştatında daşqınlar nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, daşqınlar nəqliyyat və təhsil müəssisələrinin işini iflic edib.
Keralanın baş naziri Pinarayya Vicayan ölkənin baş naziri Narendru Modini ştata əlavə yardım göstərməyə və daha çox hərbçi və vertolyot ayırmağa çağırıb.
Kerala ştatı ötən həftənin ortalarından musson yağışlarının mərkəzinə çevrilib. Təbii fəlakət daşqın, sel və sürüşmələrə səbəb olub, hətta bütöv rayonlar su altında qalıb.
Vicayan bildirib ki, cari ildə region təqribən son 100 ilin ən dağıdıcı musson yağışları ilə üzləşib.
Son xəbərlər
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol