Hindistanda COVID-19-a yoluxanların sayı 78 mini keçdi

Digər ölkələr
  • 14 may, 2020
  • 04:45
Hindistanda COVID-19-a yoluxanların sayı 78 mini keçdi

Hindistanda son sutka ərzində aşkar edilən yeni növ koronavirusa yoluxma hallarının sayı 3,7 mindən çox artaraq 78 003-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, hazırda ölkədə 49 219 nəfər müalicə olunur. 

Bundan əlavə, 26 234 nəfər xəstəlikdən sağalıb, 2 549 nəfər COVID-19 qurbanı olub.