Hindistanda 470 nəfər daşqınların qurbanı olub

Hindistanda 470 nəfər daşqınların qurbanı olub Ən çox ölüm halları Qərbi Benqal və Assam ştatlarında qeydə alınıb
Digər ölkələr
22 İyul , 2020 11:19
Hindistanda 470 nəfər daşqınların qurbanı olub
0 : 00
0 : 00

Hindistanın səkkiz ştatında musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 470 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ən çox ölüm halları Qərbi Benqal və Assam ştatlarında qeydə alınıb. Orada Brahmaputra çayının səviyyəsinin yüksəlməsi güclü daşqınlara səbəb olub. Assam ştatında daşqınlar ştatın 33 əyalətindən 25-də 3 min kəndi yerlə yeksan edib.

Qucarat, Maharaştra, Bihar və digər ştatlardan da daşqınlar nəticəsində ölənlərin olması ilə bağlı məlumatlar gəlir.

Təbii fəlakətin zərər vurduğu bölgələrdə təxliyə edilmiş insanlar üçün 800 müvəqqəti düşərgə yaradılıb və artıq təxminən 2 milyon insan oraya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi