Hindistanda avtobus qəzası baş verib, ölənlər var

Hindistanda avtobus qəzası baş verib, ölənlər var Hindistanın şimalındakı Uttar Pradeş ştatında ötən gecə iki avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 8 nəfər də xəsarət alıb.
Digər ölkələr
19 İyul , 2021 13:11
Hindistanda avtobus qəzası baş verib, ölənlər var

Hindistanın şimalındakı Uttar Pradeş ştatında ötən gecə iki avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, toy məclisindən qayıdanları daşıyan avtobus Aqra-Çandausi magistral yolunda hərəkət edərkən Laharavan kəndi yaxınlığında təkəri partlayıb. Buna görə də yolun kənarında dayandığı vaxt başqa bir avtobus ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi