Bakı. 30 yanvar. REPORT.AZ/ Hindistanın Qərbi Benqal ştatında avtobusun çaya aşması nəticəsində azı 36 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Times of India" nəşri yazıb.
Nəqliyyat vasitəsində ümumilikdə 56 nəfərin olduğu bildirilir.
Nəşr yazır ki, hadisə zamanı sürücü mobil telefonla danışıb və sərnişinlərin bununla bağlı iradlarına məhəl qoymayıb.