Hindistanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Hindistanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var Hindistanın cənub-şərqindəki Andra-Pradeş ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub
Digər ölkələr
14 Fevral , 2021 09:18
Hindistanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Hindistanın cənub-şərqindəki Andra-Pradeş ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata görə, Karnul dairəsi ərazisində mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində həmçinin 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlar arasında uşaqlar da var. Onların vəziyyəti ağırdır.

Polisin ehtimalına görə, qəza mikroavtobus sürücüsünün sükan arxasında yuxulaması yaxud avtomobilin təkərinin partlaması səbəbindən baş verə bilər.

Son xəbərlər

Orphus sistemi