Hindistanda 39 nəfər "Okha" qasırğasının qurbanı olub

Hindistanda 39 nəfər "Okha" qasırğasının qurbanı olub Təbii hadisə zamanı həmçinin 160-a yaxın balıqçı da itkin düşüb
Digər ölkələr
6 Dekabr , 2017 01:36
Hindistanda 39 nəfər Okha qasırğasının qurbanı olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Hindistanın sahilyanı ərazilərində azı 39 nəfər "Okha" tropik qasırğasının qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə qeyd edilir ki, təbii hadisə zamanı həmçinin 160-a yaxın balıqçı da itkin düşüb. 

Nəşrin xəbərinə görə, təbii hadisədən ən çox Kerala və Tamilnad ştatları zərər çəkib.

Son xəbərlər

Orphus sistemi