Hindistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Digər ölkələr
  • 16 noyabr, 2019
  • 16:44
Hindistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Hindistan müxtəlif növ döyüş başlıqları, o cümlədən nüvə başlığı daşıya bilən “Agni-II”ballistik raketini sınaqdan keçirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Məlumata görə, sınaqlar Odiş əyalətindəki təlim meydanında baş tutub və uğurla nəticələnib.

“Agni-II” raketi Hindistanın ballistik raket donanmasının əsasını təşkil edən “Agni” raketinin növlərindən biridir.

44 filmi