Yuxarı

​Hillari Klinton eynicinsli nikahlara icazə verməyə çağırıb

ABŞ Ali Məhkəməsi bununla bağlı iyunda qərar qəbul edəcək

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton ölkənin Ali Məhkəməsini eyni cinsli nikahlara icazə vrməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə sabiq birinci xanımın nümayəndəsi məlumat verib.

"Hillari Klinton eynicinsli nikahları dəstəkləyir və ümid edir ki, Ali Məhkəmə onların tərəfində duracaq və onlara konstitusiya hüquqları verəcək", - deyə o bildirib.

Gözlənilir ki, ABŞ Ali Məhkəməsi cari ilin iyun ayında sözügedən məsələ ilə bağlı qərar qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi