Bakı. 17 oktyabr. REPORT.AZ/ "İraq Respublikasının dövlət bayrağı ölkənin bütün ərazisində asılmalıdır".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi bildirib.
Onun sözlərinə görə, İraqın şimalındakı yerli muxtariyyətin sentyabrın 18-də "müstəqilliklə bağlı keçirdiyi referendum" artıq keçmişdə qalıb: "İraq bayrağı bütün iraqlılara məxsusdur".