Hesabat: Fransa deportasiya məqsədilə düşərgələrə yerləşdirilən miqrantların sayına görə dünyada liderdir

Digər ölkələr
  • 04 iyun, 2019
  • 13:44
Hesabat: Fransa deportasiya məqsədilə düşərgələrə yerləşdirilən miqrantların sayına görə dünyada liderdir

Fransa ölkədən deportasiya olunmaq üçün inzibati saxlanma mərkəzlərində yerləşdirilən xarici vətəndaşların sayına görə dünyada birinci yeri tutur. 

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə qaçqınların hüquqları ilə məşğul olan assosiasiyaların bu gün dərc olunmuş illik hesabatında bildirilir.

Sənəddə vurğulanır ki, Fransada düşərgələrdə saxlanılan miqrantların hüquqları məhdudlaşdırılıb: "2018-ci il ərzində 45 851 miqrant ölkədən çıxarılmaq məqsədilə inzibati saxlanma mərkəzlərinə yerləşdirilib. Ötən il bu mərkəzlərdə miqrantların saxlama müddəti 14,6 gün artırılıb. Belə ki, 2016-cı ildə 30 gündən artıq saxlanılan miqrantların sayı 2 468 idisə, 2018-ci ildə 4 432-yə çatıb. Bu rəqəmin 2019-cu ildə daha da artacağı istisna olunmur". 

Hesabatda 2018-ci ildə inzibati saxlanma mərkəzlərində saxlanılan uşaqlı qaçqın ailələrinin də sayının kəskin surətdə artdığı qeyd olunur.

Xatırladaq ki, 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən "İmmiqrasiya haqqında" qanuna əsasən, inzibati saxlanma mərkəzlərində maksimum saxlanma müddəti 45 gündən 90 günə çatdırılıb.

44 - Tezliklə