Sudanın devrilmiş Prezidenti Haaqa Məhkəməsinə verilməyəcək

Sudanın devrilmiş Prezidenti Haaqa Məhkəməsinə verilməyəcək Sudanın müvəqqəti hərbi şurası devrilmiş Prezident Ömər əl-Bəşiri Beynəlxalq Haaqa Məhkəməsinə verməyəcəklərini bildirib.
Digər ölkələr
12 Aprel , 2019 14:50
Sudanın devrilmiş Prezidenti Haaqa Məhkəməsinə verilməyəcək

Sudanın müvəqqəti hərbi şurası devrilmiş Prezident Ömər əl-Bəşiri Beynəlxalq Haaqa Məhkəməsinə verməyəcəklərini bildirib.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Şuranın açıqlamasında bildirilib ki, Prezident Sudanda qalacaq. Müvəqqəti şura əlavə edib ki, əl-Bəşirin məhkəməsi Sudanda keçirilə bilər.

Qeyd edək ki, aprelin 11-də Sudanda hərbi devriliş olub. 2009-cu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Ömər əl-Bəşirin Darfur bölgəsində “bəşəriyyətə qarşı cinayət işlətməkdə” ittiham edilərək tutulması barədə qərar çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi