Hər il dünyada 8,8 milyon insan hava çirklənməsindən ölür

Hər il dünyada 8,8 milyon insan hava çirklənməsindən ölür Havanın çirklənməsi səbəbindən hər il Avropada 800 minədək insan həyatını itirir.
Digər ölkələr
12 Mart , 2019 21:23
Hər il dünyada 8,8 milyon insan hava çirklənməsindən ölür

Havanın çirklənməsi səbəbindən hər il Avropada 800 minədək insan həyatını itirir.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, tədqiqatçıların gəldikləri qənaətə görə, havanın kirlənməsi üzündən 2015-ci ildə dünyada 8,8 milyondan çox adam ölüb ki, bu da əvvəlki hesablamalara nisbətən 4-5 milyon nəfər çoxdur.

Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2015-ci ildə tütündən ölənlərin ümumi sayı 7 milyona qədərdir.

Avropada isə kirli hava üzündən hər il ölənlərin sayının 790 minə qədər olduğu bildirilir. Halbuki, Mainz şəhərindəki Maks Plank Kimya İnstitutunun professoru Yos Lelieveldin sözlərinə görə, təmiz və bərpa olunan enerjidən istifadə etməklə Avropada sözügedən səbəbdən ölüm sayını 55 faizədək azaltmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi