Helsinkidə sürücü maşını insanların üzərinə sürüb, ölən və yaralananlar var

Helsinkidə sürücü maşını insanların üzərinə sürüb, ölən və yaralananlar var Bir nəfər ölüb, azı 4 nəfər yaralanıb
Digər ölkələr
28 İyul , 2017 21:29
Helsinkidə sürücü maşını insanların üzərinə sürüb, ölən və yaralananlar var
Foto: Twitter

Bakı. 28 iyul. REPORT.AZ/ Finlandiyanın paytaxtı Helsinkidə naməlum şəxs avtomobili insanların üzərinə sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Asayiş keşikçilərinin məlumatına görə, insident nəticəsində bir nəfər ölüb, azı 4 nəfər yaralanıb. Maşının sürücüsü saxlanılıb. Bu, təqribən 50 yaşında kişidir. Polis onun sərxoş olduğunu güman edir.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, insidentin təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi