Yuxarı
    Bağlamaq

    ​Hələb yaxınlığında Suriya vertolyotu qəzaya uğrayıb

    Heyət üzvləri arasında sağ qalan olmayıb

    Bakı. 24 may. REPORT.AZ/ Suriyanın Hələb şəhəri ətrafında yerləşən Kvers aerodromunda uçuş zamanı orduya məxsus vertolyot qəzaya uğrayıb. Heyət üzvləri arasında sağ qalan olmayıb.

    "Report" xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyinə istinadən TASS məlumat yayıb.

    Məlumata görə, qəza vertolyotda yaranan texniki nasazlıq nəticəsində baş verib.

    Qeyd edək ki, Hələb şəhərində müntəzəm olaraq ordu ilə Bəşər Əsəd hakimiyyətini tanımayan yaraqlılar arasında döyüşlər davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi