Hələb Universiteti raket atəşinə tutulub, ölən və yaralananlar var

Hələb Universiteti raket atəşinə tutulub, ölən və yaralananlar var Təhsil müəssisəsinə 4 “Qrad” mərmisi atılıb
Digər ölkələr
20 Noyabr , 2016 15:57
Hələb Universiteti raket atəşinə tutulub, ölən və yaralananlar var

Bakı. 20 noyabr. REPORT.AZ/ Bazar günü Hələb Universiteti şəhərin şərq məhəllələrini nəzarət altında saxlayan yaraqlılar tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, terrorçular “Qrad” reaktiv yaylım atəşi sistemindən atəş açıblar.

Raket zərbələri nəticəsində ölən və yaralananlar var.

Üç mərmi təhsil müəssisəsinin həyətinə, biri isə binasına düşüb. Ölən və yaralananların dəqiq sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi