Hələb minaatanlardan atəşə tutulub: 5 ölü, 4 yaralı

Hələb minaatanlardan atəşə tutulub: 5 ölü, 4 yaralı Atəş zamanı mərmilər Radvan məscidi yaxınlığındakı orta məktəbə düşüb
Digər ölkələr
23 Mart , 2017 18:34
Hələb minaatanlardan atəşə tutulub: 5 ölü, 4 yaralı
Courtesy İmage

Bakı. 23 mart. REPORT.AZ/ Suriyada silahlı müxaliflər Hələbin cənub-qərbindəki Əl-Həmdaniyə yaşayış məntəqəsini minaatanlardan atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə "Sana" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, atəş zamanı mərmilər Radvan məscidi yaxınlığındakı orta məktəbə düşüb. Nəticədə 5 uşaq ölüb, daha 4 nəfər yaralanıb.

Agentliyin məlumatına görə, məktəbdə müvəqqəti olaraq qaçqın ailələri məskunlaşıb.

Son xəbərlər

Orphus sistemi