Trampın həkimi onun səhhətindən danışdı

Trampın həkimi onun səhhətindən danışdı Koronavirusdan müalicə edildikdən sonra bazar ertəsi Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp özünü əla hiss edir.
Digər ölkələr
6 Oktyabr , 2020 21:50
Trampın həkimi onun səhhətindən danışdı
Donald Tramp

Koronavirusdan müalicə edildikdən sonra bazar ertəsi Ağ Evə qayıdan ABŞ prezidenti Donald Tramp özünü əla hiss edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin həkimi Şon Konlinin yazılı bəyanatında deyilir.

Qeyd edilir ki, Ağ Ev rəhbərində xəstəliyin əlamətləri müşahidə edilmir.

“Onun evdə keçirdiyi birinci gecəsi sakit olub və o, bu gün (çərşənbə axşamı-red) əlamətlərin olmadığını xəbər verib”, - həkim qeyd edib.

Şon Konli qeyd edib ki, dövlət başçısı özünü tam yaxşı hiss etməkdə davam edir.  

Son xəbərlər

Orphus sistemi