Havay adalarında vulkan püskürməsinə görə insanlar təxliyyə olunurlar - VİDEO

Digər ölkələr
  • 04 may, 2018
  • 07:41
Havay adalarında vulkan püskürməsinə görə insanlar təxliyyə olunurlar - VİDEO
Time

Bakı. 4 may. REPORT.AZ/ Havay adaları qrupuna daxil olan Böyük adada olan Kilauea vulkanı lava və kül axını püskürməyə başlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, səlahiyyətlilər fəlakət bölgəsində yerləşən Leilani Esteyts yaşayış məntəqəsindən, təqribən, 1,5 min nəfəri təxliyyə edirlər.

ABŞ Geologiya Xidməti dünən vulkan zonasında maqnitudası 5 olan bir neçə yeraltı təkan qeydə alıb.

Qeyd edək ki, Kilauea dünyanın ən aktiv fəal vulkanlarından biri hesab olunur.

Havay adalarında vulkan püskürməsinə görə insanlar təxliyyə olunurlar - VİDEO

Son xəbərlər

Bütün Xəbər Lenti