Haitinin keçmiş prezidenti vəfat edib

Haitinin keçmiş prezidenti vəfat edib Onun ölümünü xanımı Elizabet Preval təsdiqləyib
Digər ölkələr
4 Mart , 2017 00:08
Haitinin keçmiş prezidenti vəfat edib

Bakı. 4 mart. REPORT.AZ/ Haitinin keçmiş prezidenti Rene Preval 75 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "The Miami Herald" məlumat yayıb.

Məlumata görə, onun ölümünü xanımı Elizabet Preval təsdiqləyib. Hazırda səyahətdə olan qadın əri ilə martın 3-də bir neçə dəfə telefonla danışdığını bildirib.

Qeyd edək ki, Rene Preval 1996-cı ildən 2001-ci ilədək prezident vəzifəsinin səlahiyyətlərini icra edib. 2006-cı ildə yenidən hökumət başçısı vəzifəsinin səlahiyyətinin icrasına başlayıb və 2011-ci ilədək dövlət başçısı olub.

Bununla yanaşı, o, prezident Jan-Bertran Aristadın hakimiyyəti dövründə, 1991-ci ildən 1993-cü ilədək ölkənin baş naziri vəzifəsinin səlahiyyətlərini də icra edib. 

Son xəbərlər

Orphus sistemi