Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb

Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaq sisterninin partlaması nəticəsində 50 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb
Digər ölkələr
14 Dekabr , 2021 18:53
Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb

Haitinin şimalındakı Cap Haitien şəhərində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, partlayış yerinə yaxın 20-dən çox binaya ziyan dəyib.

Haiti hakimiyyəti üç günlük milli matəm elan edib.

17:16

Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində 50 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndələri bildirib.

Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayışın baş verdiyi ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi