Haitidə yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "HaitiLibre" xəbər portalı məlumat yayıb.
Hadisə nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Daha əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Xəstəxanalarda daha 20 nəfər yanıq xəsarətləri ilə müalicədədir.
Yanacaq tankerinin partlaması nəticəsində 20-dən çox binaya ziyan dəyib.
Hazırda xilasedicilər binaların dağıntıları altında qalanların axtarışını davam etdirir.