Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 07 oktyabr, 2018
  • 20:57
Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 8 oktyabr. REPORT.AZ/ Şənbə günü Haitinin şimal sahilində baş vermiş 5,9 maqnituda gücündə zəlzələ nəticəsində azı 14 nəfər ölüb və 100-dən çox insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli hökumətə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, 8 nəfər ölkənin şimal-qərbində yerləşən Port-de-Pe şəhərində, daha 4 nəfər Qros-Morn şəhərində, hərəyə 1 nəfər isə Sen-Lui-dyu-Nor və Çansolm şəhərlərində həyatını itirib.

Ən azı 135 nəfərə tibbi yardım göstərilib.


***09:38

Bakı. 7 oktyabr. REPORT.AZ/ Haitidə baş verən zəlzələ zamanı azı 11 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" ölkə hökumətinin təmsilçisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gün ölkənin şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.


***04:56

Şənbə günü Haiti Respublikasının şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.