Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb

Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Digər ölkələr
6 Avqust , 2019 07:27
Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb

Haitidə baş verən yol qəzasında azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Haiti Libre” portalı məlumat yayıb. Qəza ölkənin qərbində yerləşən Qrand-Ans vilayətində qeydə alınıb.

İlkin ehtimala görə, insanları daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil çevrilib.

Qəzada yaralanan şəxslər xəstəxanaya aparılıb, vəziyyətləri barədə məlumat verilmir. Ölkə polisi qəza ilə bağlı araşdırmalara başlayıb. 

Son xəbərlər

Orphus sistemi