Gürcüstan Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib

Gürcüstan Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını qətiyyətlə pisləyib.
Digər ölkələr
21 fevral 2022 20:48
Gürcüstan Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını qətiyyətlə pisləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısı tviter hesabında yazıb.

S.Zurabişvili Gürcüstanın Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında olduğunu bildirib, ölkənin ərazi bütövlüynə dəstək ifadə edərək sülhün tərəfdarı olduğunu vurğulayıb.

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani də Rusiyanın addımını pisləyib. O tviter hesabında Donetsk və Luqansk vilayətlərinin tanınmasının beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi