Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir

Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Konstitusiyada pravoslav kilsəsinin statusunu gücləndirmək niyyətindədir.
Digər ölkələr
31 Avqust , 2024 20:46
Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Konstitusiyada pravoslav kilsəsinin statusunu gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu partiyanın təsisçisi Bidzina İvanişvili deyib.

Onun sözlərinə görə, 1995-ci ildən bəri Konstitusiyada din və kilsə ilə bağlı mövcud qeyd pravoslav kilsəsinin ölkənin həyatında oynadığı rolu düzgün əks etdirmir.

Siyasətçi bildirib ki, Gürcüstan dövlətinin kimliyinin sütunu olan Pravoslav Kilsəsinin statusu və missiyası Konstitusiya aydın şəkildə öz əksini tapacaqdır.

İvanişvili əlavə edib ki, əsas sənəd həm də kilsənin həm ölkə tarixində, həm də indiki reallıqda xüsusi rolunu əks etdirəcək. O, həmçinin vurğulayıb ki, Konstitusiya kilsənin müstəqilliyi və dini etiqad azadlığı prinsipini təsbit edəcək.

Son xəbərlər

Orphus sistemi