Güclü fırtına Moskvaya doğru hərəkət edir

Güclü fırtına Moskvaya doğru hərəkət edir Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını tövsiyə edir
Digər ölkələr
30 İyun , 2017 14:42
Güclü fırtına Moskvaya doğru hərəkət edir

Bakı. 30 iyun. REPORT.AZ/ Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi