Bakı. 11 fevral. REPORT.AZ/ “Iraqi Airways” aviaşirkətinə məxsus göyərtəsində 365 nəfərin olduğu təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Əbdül-Əziz adına beynəlxalq hava limanına təcili eniş edib.
“Report” xəbər verir ki, bu barədə yerli “Al Jazeera” qəzeti məlumat yayıb.
Bildirilir ki, laynerin şassisinin təkərlərindən biri uçuş-eniş zolağına toxunduqdan sonra əyləc sisteminin çox qızması səbəbindən yanmağa başlayıb. Hadisə nəticəsində bütün sərnişinlər uğurla təxliyə edilib. Yanğın dərhal söndürülüb.
Zərərçəkənlər barədə məlumat yoxdur.